PSJ Fransa çempionu oldu

İdman Materials 14 May 2026 01:22 (UTC +04:00)
PSJ Fransa çempionu oldu

Bakı. Trend:

Fransada Liqa 1-in qalibinin adına aydınlıq gəlib.

Trend xəbər verir ki, ölkə çempionatının 29-cu turundan təxirə salınmış matçda PSJ ən yaxın izləyicisi "Lans"ı səfərdə 2:0 hesabı ilə məğlub edərək sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, Paris təmsilçisi ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə bu ada layiq görülüb. Bu, Fransa tarixində rekord göstəricidir.

Xəbər lenti

Xəbər lenti