Moskvada güclü yanğın olub

Dünya xəbərləri Materials 13 May 2026 11:18 (UTC +04:00)
Moskvada güclü yanğın olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moskvada “Kreml v İzmaylove” kompleksinin ərazisində güclü yanğın meydana gəlib. Alov muzey kompleksi yaxınlığında 3 min kvadrat metr sahəni əhatə edib.

Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.

İlkin məlumata görə, alışma kvestlərin yerləşdiyi texniki otaqların birində başlayıb. Yanğın anında kompleksdə ziyarətçilər olub.

Xoşbəxtlikdən hadisə nəticəsində zərərçəkən olmayıb. Beş nəfərin xilas edildiyi bildirilir. İlkin versiyaya görə, yanğın qısa qapanma səbəbindən baş verib.

“Kreml v İzmaylove” 1990-cı illərin sonlarında inşa olunmuş və qədim rus arxitekturası üslubunda eksteryeri olan mədəniyyət-əyləncə kompleksidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti