Filippin parlamentində atışma baş verib

Dünya xəbərləri Materials 13 May 2026 17:13 (UTC +04:00)
Filippin parlamentində atışma baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Filippin Senatında atışma baş verib.

Trend xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, hadisə yerində olan şahidlər senat binasını atəş səslərinin bürüdüyünü və insanların təhlükəsiz yerə sığınmalarına dair göstəriş verildiyini bildirib.

Atışmadan öncə Senatın binasına hərbi uniformada olan 10-dan çox şəxs daxil olub. Onların bəzilərinin üzərində odlu silahlar olub.

İnsidentin təfərrüatları haqda məlumat yoxdur.

Qeyd edək ki, hadisə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilmiş senatorlardan birinin həbsi istiqamətində görülən tədbirlər fonunda baş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti