Bakı. Trend:
ABŞ-nin Yaxın Şərq münaqişəsinə qərq olması Avropanın öz vahid ordusunu yaratmaqla suverenliyini nümayiş etdirməsi üçün ən yaxşı andır.
Trend-in məlumatına görə, bu barədə İspaniya xarici işlər naziri Xose Manuel Albares "Politico" nəşrinə müsahibəsində deyib.
"Biz asılılıqdan azad olmalıyıq. <...> Bizə ordu, ortaq müdafiə potensialı lazımdır", - deyə o bildirib.
O əlavə etdi ki, Avropa İttifaqı ordusunun yaradılması ideyası NATO-nun rədd edilməsi deyil, lakin əgər alyansda "heç nə baş vermirsə", bu, qarşılıqlı müdafiə üçün öz qüvvələrinə etibar edib-etməyəcəyi sualını doğurur.
"Əgər NATO artıq əvvəlki təhlükəsizliyi təmin etmirsə, onda biz avropalılar olaraq daha çox iş görməliyik", - deyə nazir qeyd edib.