Bakı. Trend:
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Xorvatiya nümayəndə heyətinə Xorvatiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Branko Zebiç rəhbərlik edəcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Xorvatiya səfirliyindən bildirilib.
“Nümayəndə heyətinin tərkibinə həmçinin Fiziki Planlaşdırma, Tikinti və Dövlət Əmlakı nazirinin müşavirləri Nevena Byeliş və Ana Favro Şabar, eləcə də Xorvatiyanın Bakıdakı səfirliyinin birinci katibi Alan Vayda daxil olacaq”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
