Bakı.Trend:
Hindistan hökuməti Yaxın Şərqdəki böhran fonunda Hindistan rupisinin məzənnəsini dəstəkləmək məqsədilə qızıl və gümüş idxalına tətbiq olunan gömrük rüsumlarını 6 faizdən 15 faizə qaldırıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yeni qaydalara əsasən, qızıl və gümüş idxalına 10 faiz həcmində əsas gömrük rüsumu, həmçinin “kənd təsərrüfatı və infrastrukturun inkişafı” üçün 5 faiz xüsusi rüsum tətbiq edilir.
Platin üçün isə rüsum dərəcəsi əvvəlki 6,4 faizdən 15,4 faizə yüksəldilib.
