Naxçıvan iqtisadiyyatı böyüyüb

İqtisadiyyat Materials 13 May 2026 23:03 (UTC +04:00)
Naxçıvan iqtisadiyyatı böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 514,179 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Trend bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Məlumata əsasən, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə eal ifadədə 0,2 faiz böyüyüb.

Hesabat dövründə İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,7 faiz artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti