OPEC Azərbaycanda apreldə hasil olunan neftin həcmini açıqlayıb

Energetika Materials 13 May 2026 17:46 (UTC +04:00)
OPEC Azərbaycanda apreldə hasil olunan neftin həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin aprel ayında Azərbaycanda xam neft hasilatı orta hesabla günə təxminən 460 min barel təşkil edib.

Bu barədə Trend OPEC-in hesabatına istinadən məlumat verir.

Təşkilatın məlumatına görə, cari ilin mart ayında bu göstərici müvafiq olaraq 456 min barel olub.

2026-cı ilin birinci rübündə isə hasilat günə 454 min barel təşkil edib.

Bundan əlavə, OPEC qeyd edir ki, 2025-ci ildə ölkədə orta illik neft hasilatı günə 461 min barel olub. Müqayisə üçün, bu göstərici 2024-cü ildə 481 min barel təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin məlumatına görə, respublikada 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Bildirilib ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.

Cari ilin 1-ci rübündə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13 min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 74 min ton (555 min barrel) olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti