Bakı. Trend:
Bu ilin 1-ci rübündə Azərbaycanda elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin eyni dövrünə nisbətən 44,6 milyon manat və ya 63,8% artaraq 114,5 milyon manat təşkil edib.
Trend bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Yanvar-mart aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 16,7% olub.
"2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə 4,9 faiz bəndi artımın qeydə alınması müvafiq sahədə həyata keçirilən tədbirlərin effektivliyini bir daha təsdiq edir”, - məlumatda vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, dövlət satınalmalarında qənaət məbləği maliyyə resurslarının düzgün planlaşdırılması ilə dövlət xərclərinin məqsədyönlü istifadəsinin göstəricilərindən biridir.
