Bakı. Trend:
PAŞA Bank kiçik və orta biznes sahiblərinə özəl yeni kampaniyaya start verib.
Kampaniya çərçivəsində yeni biznes hesabı açan müştərilər Tarifim ilə limitsiz məbləğdə biznes köçürmələrini komissiyasız icra edə biləcəklər. Biznes sahibləri hesab aktivləşən müddətdən növbəti 3 ay ərzində ölkədaxili, beynəlxalq ödənişləri, həmçinin valyuta mübadiləsi əməliyyatlarını heç bir komissiya ödəmədən, tam pulsuz həyata keçirə bilərlər.
Sahibkarlar pulsuz biznes köçürmələrini 10 tranzaksiya daxilində icra edə bilərlər. Həmçinin, PAŞA Bank biznes hesabının açılması prosesini əhəmiyyətli dərəcədə sadələşdirib. Artıq sahibkarlar cəmi 3 dəqiqəyə biznes hesabı aça, video verifikasiyanı isə Sima imza vasitəsilə istənilən vaxt, əlavə gözləmə olmadan tamamlaya bilərlər. Bu yanaşma bank xidmətlərinə çıxışı daha sürətli və rahat edir.
Kampaniya 12 iyun 2026-cı il tarixinədək qüvvədədir. Ətraflı məlumat üçün linkə keçid edin.
PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb.
Bank son illərdə "Euromoney" və "Global Finance" kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, "Stevie Awards" tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.