Sumqayıtda bağçada mərmiyə bənzər əşya aşkarlanıb

Cəmiyyət Materials 12 May 2026 12:03 (UTC +04:00)
Sumqayıtda bağçada mərmiyə bənzər əşya aşkarlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi - uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib.

Bu barədə Trend-ə həmin təhsil müəssisəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.

"Hazırda vəziyyət tam nəzarət altındadır. İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti