Baki. Trend:
Azərbaycan bütün dünyada sülh modeli yaradıb.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu model bütün dünya üçün nümunəyə çevrilib:
"Prezident İlham Əliyev Zəngilan sakinləri ilə görüş keçiridi və oradan bütün dünyaya bir daha sülh mesajları verdi. Prezidentin çıxışının bütün məzmununda sülh, birgəyaşayış və ləyaqətli birgəyaşayış mesajları əsas yer tuturdu. Dünya mediası Prezident İlham Əliyevin çağırışını ona görə maraqla qarşıladı ki, bu çağırışda söz və əməl birliyindən söhbət gedir. Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Sülhü və sülh prinsiplərini təbliğ etmək medianın əsas vəzifələrindən biri olmalıdır. Mən sizə deyim ki, bu vəzifə medianın etik prinsipləri ilə tam səsləşən bir missiyadır".
