Türkiyə Mərkəzi Bankı AMB-də kənar qiymətləndirmə aparıb

İqtisadiyyat Materials 12 May 2026 14:33 (UTC +04:00)
Türkiyə Mərkəzi Bankı AMB-də kənar qiymətləndirmə aparıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Audit departamentinin müstəqil qiymətləndirmə qrupu tərəfindən kənar qiymətləndirmə aparılıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, Mərkəzi Bankın daxili audit fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə keçirilən qiymətləndirmə beynəlxalq daxili audit standartlarına uyğun metodologiya əsasında icra olunub.

Qeyd edilib ki, qiymətləndirmə nəticələrinə əsasən, Mərkəzi Bankın daxili audit fəaliyyətinin beynəlxalq daxili audit standartlarının tələblərinə tam şəkildə uyğun olduğu müəyyənləşdirilib. Yekun nəticə olaraq üçpilləli qiymətləndirmə şkalası üzrə daxili audit funksiyası ən yüksək qiymətləndirmə dərəcəsi olan “ümumilikdə uyğundur” (Generally Conforms) səviyyəsində qiymətləndirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti