Aİ 15 ildən sonra Suriya ilə əməkdaşlıq sazişini bərpa etdi

Dünya xəbərləri Materials 11 May 2026 14:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı 2011-ci ildən bəri dondurulmuş vəziyyətdə qalan Suriya ilə Tərəfdaşlıq Sazişini bərpa edib.

Trend xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

Bəyanatda deyilir: "Aİ Şurası bu gün Suriya ilə Tərəfdaşlıq Sazişinin müvəqqəti dondurulmasına son qoymaq qərarına gəlib".

Vurğulanır ki, saziş 2011-ci ildə insan haqlarının pozulması ittihamları səbəbindən Prezident Bəşər Əsədin rəhbərlik etdiyi Suriya rəhbərliyinə qarşı Aİ sanksiyalarının bir hissəsi olaraq dondurulmuşdu. Suriya vətəndaş müharibəsi zamanı Aİ Əsəddən hakimiyyəti "yeni demokratik administrasiyaya" təhvil verməsini tələb etmişdi.

Brüsseldə keçirilən mətbuat konfransında bu tədbirləri təqdim edən Aralıq dənizi üzrə Avropa komissarı Dubravka Şuiça Aİ-nin Suriyanın dövlət qurumlarını gücləndirmək üçün 15 milyon avroluq proqram, eləcə də 2026-2027-ci illər üçün 280 milyon avroluq yeni yardım proqramı hazırladığını açıqlayıb.

Suriyanın Avropadan olan suriyalı miqrantların geri qayıtması üçün təhlükəsiz ölkə olub-olmadığı sualına cavabında Şuitsa qeyd edib ki,"bu qayıdış könüllü olarsa, heç bir problem yoxdur və əlavə edib ki, ölkənin bəzi hissələri təhlükəsiz ola bilər, bütünlükdə isə hələ təhlükəsiz deyil.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti