Londonda yəhudi icmasına hücum olub, üç nəfər yaralanıb

Dünya xəbərləri Materials 10 May 2026 23:29 (UTC +04:00)
Londonda yəhudi icmasına hücum olub, üç nəfər yaralanıb

Bakı. Trend:

Şimali Londonda yəhudi icmasının üzvlərinə hücum baş verib, nəticədə üç nəfər yüngül xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə London polisinin mətbuat xidməti bildirib.

"Şənbə günü, 9 may tarixində, saat 01:20-də patrul polisi, [London rayonu olan] Enfilddəki Sautberi Yolunda yəhudi icmasının üzvlərini təqib etdiyi, təhdid etdiyi və hücum etdiyi ehtimal edilən bir kişi haqqında məlumat alıb. 30 yaşdan yuxarı bir kişi həbs olunaraq bölməyə aparılıb və ona qarşı ittiham irəli sürülüb", - deyə qeyd olunub.

Bildirilib ki, 58 və 26 yaşlı iki kişi və 53 yaşlı bir qadın əlavə tibbi müalicə tələb etməyən xəsarətlər alıblar.

Polis əlavə edib ki, saxlanılan şəxs Londonun Hornçörç şəhərinin sakini olan 34 yaşlı Dilan Osseydir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti