Bakı. Trend:
"Bakı Metropoliteni" QSC informasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə xidmətlərin cəlb edilməsi ilə bağlı tender elan edib.
Trend xəbər verir ki, tender prosedurunda iştirak haqqı 88,89 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini iyunun 5-i saat 10:00-dan (GMT+4) gec olmayaraq təqdim etməlidirlər. Tender zərflərinin açılışı da iyunun 5-i saat 10:00-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün əlaqə telefonu: (+994) 12 505 44 00
Əlaqələndirici şəxs: Ümid Paşayev
E-poçt: [email protected]
