Evo Morales barəsində həbs qərarı çıxarılıb

Dünya xəbərləri Materials 12 May 2026 03:47 (UTC +04:00)
Evo Morales barəsində həbs qərarı çıxarılıb

Bakı. Trend:

Boliviyanın Tarixa departamentindəki məhkəmə keçmiş prezident Evo Morales barəsində insan alveri işi üzrə həbs qərarı çıxarıb.

Trend xəbər verir ki, bu barədə “El Deber” məlumat yayıb.

Məhkəmə qərarı Moralesin mayın 11-də keçirilən dinləməyə qatılmamasından sonra verilib. İş üzrə digər təqsirləndirilən şəxslər də məhkəməyə gəlməyiblər.

2024-cü ilin dekabrında prokurorluq Moralesə qarşı insan alveri ittihamı irəli sürüb. Keçmiş prezident ittihamları rədd edir və bunu siyasi təqib adlandırır.

Xəbər lenti

Xəbər lenti