“Neftçi” və “Turan Tovuz” bu gün meydana çıxacaq - Premyer Liqa

İdman Materials 10 May 2026 07:28 (UTC +04:00)
“Neftçi” və “Turan Tovuz” bu gün meydana çıxacaq - Premyer Liqa

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulacaq.

Trend-in məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Turan Tovuz" öz meydanında "Karvan-Yevlax"ı sınağa çəkəcək. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 17:00-da başlayacaq.

Digər matçda isə "Neftçi" "Palms Sports Arena"da "Şamaxı" ilə qarşılaşacaq. Oyunun start fiti saat 19:30-da səslənəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 1:0, "Sumqayıt" "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib, "Qəbələ" "Qarabağ"la 1:1, "İmişli" isə "Zirə" ilə 0:0 hesablı heç-heçəyə razılaşıb.

Xəbər lenti

Xəbər lenti