Belçika 2029-cu ilədək Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi öhdəsinə götürüb

Dünya xəbərləri Materials 9 May 2026 04:39 (UTC +04:00)
Belçika 2029-cu ilədək Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi öhdəsinə götürüb

Bakı. Trend:

Belçika 2029-cu ilin sonuna qədər əlində qalan 53 ədəd F-16 qırıcısını Ukraynaya təhvil verməyi nəzərdə tutur, lakin indiyədək Kiyevə bir dənə də olsun təyyarə göndərməyib.

Trend xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Te Franken “Vif” jurnalına açıqlamasında bildirib.

Məlumata əsasən, ilk yeddi qırıcının 2026-cı ildə çatdırılması planlaşdırılır. Onlardan dördü döyüş istifadəsi üçün deyil, təlim məqsədilə istifadə olunacaq.

Bildirilir ki, hökumətin daha əvvəl verdiyi vədlərə baxmayaraq, Belçika 2024-cü ildə ilk iki F-16-nın Ukraynaya göndəriləcəyini açıqlasa da, bu günədək heç bir təyyarə təhvil verilməyib.

Gecikmənin səbəbi isə Belçikanın 2018-ci ildə ABŞ-dən sifariş etdiyi F-35 qırıcılarının köhnə F-16 parkını əvəz etmə prosesinin uzanması ilə əlaqələndirilir.

Xəbər lenti

Xəbər lenti