Meksikada hakimiyyət narkokartellərin əlindədir - Tramp

Dünya xəbərləri Materials 9 May 2026 03:58 (UTC +04:00)
Meksikada hakimiyyət narkokartellərin əlindədir - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Meksikada real hakimiyyətin narkokartellərin nəzarətində olduğunu iddia edib.

Trend xəbər verir ki, o bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.

“Meksikanı kartellər idarə edir, başqa heç kim yox. Orada əsas güc məhz kartellərdir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp bildirib ki, ABŞ-yə sintetik opioid olan fentanilin qanunsuz yollarla daşınmasının əsas səbəbi də məhz budur.

Son həftələrdə Vaşinqton və Mexiko arasında münasibətlərdə gərginliyin artdığı qeyd olunur. Daha əvvəl Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirmək üçün ABŞ-nin Meksikanın daxili proseslərinə müdaxilə edə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Xəbər lenti

Xəbər lenti