Bolqarıstanda yeni hökümət qurulub

Dünya xəbərləri Materials 8 May 2026 19:10 (UTC +04:00)
Bolqarıstanda yeni hökümət qurulub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bolqarıstan parlamenti “Mütərəqqi Bolqarıstan” partiyasının lideri Rumen Radevi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib. Onun namizədliyinin lehinə 124 deputat səs verib, 70 deputat əleyhinə çıxıb, daha 36 nəfər isə bitərəf qalıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Baş nazirlə yanaşı, hökumətin yeni tərkibi də təsdiqlənib. Daxili işlər naziri vəzifəsinə İvan Demerciyev, müdafiə naziri vəzifəsinə Dimitar Stoyanov, xarici işlər naziri vəzifəsinə isə Velislava Petrova-Çamova təyin olunub. Səsvermədən sonra Nazirlər Kabinetinin üzvləri parlamentdə and içiblər.

2026-cı ilin əvvəlindən etibarən Bolqarıstan Rosen Jelyazkovun istefasından sonra müvəqqəti hökumətlə idarə olunurdu. Apreldə keçirilən növbədənkənar parlament seçkilərində Radevin partiyası səslərin 44,5 faizini toplayaraq parlamentdəki 240 yerdən 131-ni qazanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti