Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada “Podozritelnie Litsa” adlı iaşə obyektinin binası yanır. Tarixi binanın ərazisində fəaliyyət göstərən obyekt Moskvanın mərkəzində - Pyatnitska küçəsində yerləşir.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Yanğınla bağlı hadisə yerinə yanğın-mühafizə briqadası və təcili tibbi yardım briqadası səfərbər olunub. İkimərtəbəli binadan insanlar təxliyə edilib.
İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Yanğınsöndürənlər hazıra binanı çardağına yayılan alovu söndürməyə çalışır.
