Tikintidə əməkdaşları müqaviləsiz işlədənlər 92 min manat cərimələnib

Cəmiyyət Materials 8 May 2026 09:31 (UTC +04:00)
Tikintidə əməkdaşları müqaviləsiz işlədənlər 92 min manat cərimələnib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə işəgötürənlərə tikinti obyektlərində işçilərin müqaviləsiz çalışmalarına görə 92 200 manat cərimə tətbiq edilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1 047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb.

Nəticədə 1 işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 18-i haqqında ümumilikdə 92 200 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti