Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 8 May 2026 13:45 (UTC +04:00)
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 8-də yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb.

Trend xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 206 nəfərdən ibarət 57 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

xxx
13:02

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Trend xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 156 nəfərdən ibarət 41 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

xxx
07:08

Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb.

Trend xəbər verir ki, mayın 8-də növbəti köç karvanı Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti