Belarus Universal Əmtəə Birjası Azərbaycanla ticari-iqtisadi əlaqələri möhkəmləndirəcək - Səfir

İqtisadiyyat Materials 8 May 2026 11:53 (UTC +04:00)
Belarus Universal Əmtəə Birjası Azərbaycanla ticari-iqtisadi əlaqələri möhkəmləndirəcək - Səfir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Belarus Universal Əmtəə Birjası Azərbaycanla ticari-iqtisadi əlaqələri möhkəmləndirir.

Trend xəbər verir ki, bunu Belarusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Dmitri Pineviç Bakıda keçirilən Belarus Universal Əmtəə Birjasının seminarında deyib.

Onun sözlərinə görə, Belarus və Azərbaycan dost dövlətlər kimi ənənəvi olaraq yüksək səviyyəli əməkdaşlığı qoruyub saxlayır və bu əlaqələr ildən-ilə genişlənir, ticarət-iqtisadi əməkdaşlıq isə davamlı müsbət dinamika nümayiş etdirir.

“Faktiki olaraq biz 500 adda məhsul üzrə ticarət aparırıq və qarşılıqlı ticarətin inkişafında Belarus Universal Əmtəə Birjasının mühüm rolunu xüsusi qeyd etmək istərdim. Bu gün peşəkar çevrədə keçirilən görüş birja ticarətinin aktual məsələlərini müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, birjanın fəaliyyətindəki innovasiyalar və qanunvericilikdəki dəyişikliklərlə tanış olmaq üçün yaxşı imkandır. Müasir əməkdaşlıq alətləri birja vasitəsilə maneələr yaratmamalıdır, əksinə bizim ticari-iqtisadi münasibətlərimizin daha da inkişafına töhfə verməlidir.

Şübhəsiz ki, biz dəyişkən dünyada yaşayırıq və hər gün yeni siyasi hadisələrin şahidi oluruq. Bu cür turbulentlik həm xarici, həm də daxili iqtisadi proseslərə təsir göstərir”, - deyə o bildirib.

Səfir vurğulayıb ki, belə şəraitdə möhkəm işgüzar əlaqələrin qurulması və uzunmüddətli əməkdaşlığa yönəlmək xüsusilə vacibdir:

“Etimad Belarus və Azərbaycanın biznes strukturları, istehsalçıları və tərəfdaşları arasında səmərəli və şəffaf əməkdaşlıq mexanizmləri sayəsində formalaşır. Məhz Belarus Universal Əmtəə Birjası belə bir alət olmalıdır - ilk növbədə ölkələrimizin biznes dairələri üçün müxtəlif istiqamətlər üzrə effektiv kommunikasiya platforması kimi”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti