Bakı. Trend:
Rusiyanın Şimali Kuril adaları yaxınlığında 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyasından bildirilib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 14:22-də qeydə alınıb. Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 118 km cənubda, dəniz dibinin 42 km dərinliyində yerləşib.