Bakı.Trend:
İranın hərbi dəniz qüvvələri xüsusi əməliyyat keçirərək Barbados bayrağı altında üzən “Ocean Koi” neft tankerini saxlayıb.
Trend xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Xüsusi əməliyyatın gedişində İran İslam Respublikasının dəniz piyadaları neft ixracını pozmağa və bununla İran xalqının maraqlarına ziyan vurmağa çalışmış qanunsuz “Ocean Koi” tankerini saxlayıb”, - deyə məlumatda qeyd olunur.
Qeyd olunur ki, tanker saxlanıldıqdan sonra İslam respublikasının cənub sahillərinə doğru yönləndirilib.
Gəminin Oman körfəzində saxlanıldığı bildirilir.
