Çində keçmiş müdafiə nazirlərinə şərti ölüm cəzası verilib

Dünya xəbərləri Materials 7 May 2026 15:49 (UTC +04:00)
Çində keçmiş müdafiə nazirlərinə şərti ölüm cəzası verilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin iki keçmiş müdafiə naziri korrupsiya ittihamı üzrə təqsirli bilinərək barələrində şərti olaraq ölüm cəzası hökmü çıxarılıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Hərbi məhkəmə Vey Fenqhe və Li Şanfu barəsində iki illik möhlətlə ölüm hökmü çıxarıb. Bu o deməkdir ki, iki ildən sonra onların ölüm cəzası ömürlük həbslə əvəz olunacaq və cəzanın yüngülləşdirilməsi və ya şərti azadlığa buraxılma imkanı olmayacaq.

Hər iki şəxs rüşvət almaqda təqsirli bilinib və onların bütün şəxsi əmlakı müsadirə olunub.

Vey 2018–2023-cü illərdə müdafiə naziri vəzifəsində çalışıb və 2023-cü ilin martında onu Li əvəz edib. Linın müdafiə naziri kimi fəaliyyəti isə daha qısa olub.

O, 2023-cü ilin oktyabrında vəzifədən uzaqlaşdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti