Aqrar sahədə Sİ istifadəsi dövlət dəstəyinin verilməsini 3 ay sürətləndirib - Nazir müavini

Telekommunikasiya Materials 7 May 2026 10:52 (UTC +04:00)
Aqrar sahədə Sİ istifadəsi dövlət dəstəyinin verilməsini 3 ay sürətləndirib - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar sahədə süni intellektin (Sİ) istifadəsi ilə fermerlərə dövlət dəstəyinin verilməsi 3 ay sürətləndirilir.

Trend xəbər verir ki, bunu bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunda deyib.

İ.Qədimova qeyd edib ki, fermerlər dövlət dəstəyi üçün müəyyən monitorinq nəticələrini gözləyirlər.

“Bu monitorinqlər isə fiziki insanlarla aparıldıqda müəyyən vaxt aparır. Dövlət dəstəyini daha tez verməyimiz üçün süni intellektlə yoxladığınız nəticələrə uyğun olaraq bu dəstəyini qısa müddət ərzində tədbiq edə bilərsiniz. Bu, fermerin dəstəyə əlçatanlığını ən azı 3 ay sürətləndirmiş olacaq. Cari halda da bitki növünün müəyyən edilməsi ilə bağlı 636 min hektar ərazidə bu iş aparılıb”, - nazir müavini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti