Azərbaycan və Monqolustan arasında hava əlaqəsi üzrə saziş imzalanıb (FOTO)

İqtisadiyyat Materials 7 May 2026 11:14 (UTC +04:00)
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi üzrə saziş imzalanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Almaniyada Monqolustanın yol və nəqliyyat naziri Borxu Delgersaixan ilə görüş keçirdik.

Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə avtomobil və hava daşımaları üzrə mövcud imkanların artırılması məsələlərini müzakirə etdik.

“Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzaladıq. Bu sənəd ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək, aviaşirkətlər arasında səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq və uçuşların həyata keçirilməsi üçün möhkəm müqavilə – hüquqi baza formalaşdıracaq", - paylaşımda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti