Bakı. Trend:
Bakıda sayca 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") növbəti - 3-cü günü öz işinə başlayıb.
Trend xəbər verir ki, regionun kənd təsərrüfatı və qida sənayesi üzrə sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir.
İlk günlərdə olduğu kimi bu gün də sərgiyə maraq kifayət qədər
yüksəkdir. İştirakçı sayı bunu əks etdirir. Belə ki, indiyədək
sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447 şirkət təsdiq
edib. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika
Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya,
Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil
dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya,
İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland,
Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya Federasiyası, Seneqal,
Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan,
Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə
edir.
Eyni zamanda sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya,
Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar
formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim
edirlər. AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə
iştirak edəcək və bu stenddə aşağıdakı ölkələrdən olan şirkətlər
təmsil olunacaq: Benin Respublikası, Cənubi Sudan Respublikası,
Efiopiya Federativ Demokratik Respublikası, Fil Dişi Sahili
Respublikası, Kamerun Respublikası, Nigeriya Federativ
Respublikası, Qana Respublikası, Seneqal Respublikası, Somali
Federativ Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Zambiya
Respublikası.
Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla “Caspian Agro Week” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir.
Eyni zamanda sərgidə “Smart Agro” istiqaməti üzrə süni
intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika,
pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alır.
“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər,
şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları,
meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal
qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.
“Caspian Agro Week” və “InterFood Azerbaijan”ın tədbirlər
proqramı “Caspian Agro Week” və “InterFood Azerbaijan” çərçivəsində
4 gün ərzində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim
olunacaq.
Proqrama beynəlxalq forumlar, panel müzakirələr, sahə üzrə
təqdimatlar və master-klasslar, eləcə də ənənəvi B2B və B2G
görüşlər daxildir.
Xəbər yenilənəcək
