Bakı. Trend:
Hidroelektrik stansiyalarda hazırda 75-80%-lik sahədə avtomatlaşma mövcuddur.
Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun 3-cü günündə deyib.
O qeyd edib ki, 2030-cu ilədək bu avtomatlaşma səviyyəsinin 100%-ə çatdırılması hədəflənir.
"Bizim əsas hədəfimiz isə 2030-cu ilədək avtomatlaşdırma səviyyəsini 100 faizə çatdırmaqdır. Hazırda bu göstərici təxminən 75-80 faiz təşkil edir və növbəti strategiya sənədində də bu istiqamət əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.
Bu avtomatlaşdırma kənd təsərrüfatı istifadəçilərinin daha dəqiq və etibarlı məlumat əldə etməsinə imkan verəcək. Eyni zamanda, iqlim ssenarilərinin hazırlanmasına və məlumat bazalarından daha səmərəli istifadəyə ciddi töhfə olacaq”, - nazir müavini vurğulayıb.
