İslam maliyyəsi Azərbaycanın daha dərin bazara çıxışına imkan verəcək - IsDB sədri (ÖZƏL)

İqtisadiyyat Materials 7 May 2026 10:11 (UTC +04:00)
İslam maliyyəsi Azərbaycanın daha dərin bazara çıxışına imkan verəcək - IsDB sədri (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İslam maliyyəsi Azərbaycanın daha dərin bazara çıxışına imkan verəcək.

Bunu IsDB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Azərbaycana səfəri çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Əl-Casir ölkə hökumətinin İslam maliyyəsinin inkişafına daha nikbin yanaşma nümayiş etdirdiyini vurğulayıb.

“Birincisi, islam bankçılığı mexanizmləri, o cümlədən tam hüquqlu islam maliyyə bazarının fəaliyyəti üçün zəruri normativ-hüquqi baza hazırlanıb. Bu baza artıq mövcuddur və biz bu istiqamətdə texniki dəstək göstərmişik. İkincisi, biz maliyyələşmə mənbələrinin şaxələndirilməsinə çalışırıq ki, həm investorlar, həm də hökumət daha geniş alətlər seçiminə malik olsun. Sukuk və digər islam maliyyə alətləri artıq əlçatan olacaq və bu da Azərbaycanın daha dərin maliyyə bazarlarına çıxışını təmin edəcək”, -deyə o bildirib.

IsDB Qrupunun sədri qeyd edib ki, hazırda islam maliyyəsi bazarının həcmi təxminən 3,5 trilyon dollar təşkil edir və bu, ənənəvi bazarlarda mövcudluğu qorumaqla yanaşı, daha geniş maliyyə imkanlarına çıxış yaradır.

“Bu, faktiki olaraq maliyyələşmə bazasını genişləndirir və inkişafın bu mərhələsində zəruri olan layihələr üçün maliyyə əlçatanlığını artırır. Söhbət maliyyələşmə mənbələrinin şaxələndirilməsindən gedir ki, bu da öz növbəsində iqtisadiyyatın daha geniş şaxələndirilməsini dəstəkləyir -istər kənd təsərrüfatı, istər sənaye, istər rəqəmsal inkişaf, istərsə də bərpa olunan enerji sahələrində. Ölkə artıq çox iş görür və gələcəkdə daha çox nailiyyət əldə edə bilər. Biz hesab edirik ki, islam maliyyəsi bu prosesə əlavə dəstək verə bilər”,- deyə o izah edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti