Düşənbədə keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransın proqramı elan edilib

İqtisadiyyat Materials 6 May 2026 14:21 (UTC +04:00)
Düşənbədə keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransın proqramı elan edilib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransının proqramında plenar iclasların, tematik sessiyaların, panel müzakirələrinin, forumların və beynəlxalq sərgilərin keçirilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, sessiyaların mövzuları qlobal su gündəliyinin əsas istiqamətlərini əhatə edir və buraya insanlar, iqtisadiyyat, ekologiya və beynəlxalq əməkdaşlıq üçün su ehtiyatları ilə bağlı məsələlər daxildir.

Səfir qeyd edib ki, əsas beynəlxalq su konfransları arasında ardıcıllığa, həmçinin qəbul edilmiş öhdəliklərin konkret nəticələrə çevrilməsinə xüsusi diqqət yetiriləcək.

Bundan əlavə, 2028-ci ildə keçiriləcək BMT-nin Su Konfransına hazırlıq və 2030-cu ildən sonrakı qlobal gündəlikdə suyun rolunun müzakirəsi də ayrıca diqqət mərkəzində olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti