ABŞ hərbçiləri Hörmüzdə İranın ticarət gəmilərinə hücumunun qarşısını alıb

Dünya xəbərləri Materials 6 May 2026 11:09 (UTC +04:00)
ABŞ hərbçiləri Hörmüzdə İranın ticarət gəmilərinə hücumunun qarşısını alıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbçiləri Hörmüz boğazında İranın iki ticarət gəmisinə hücumunun qarşısını alıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ticarət gəmiləri boğazdan keçən zaman amerikalı hərbçilər həmin gəmilərin göyərtəsində olub.

Qeyd olunur ki, İran hər iki gəmiyə raket və dronlarla hücum etsə də, amerikalı hərbçilər bu hücumları zərərsizləşdirib və bir neçə kiçik kateri batırıb.

Məlumata görə, bu, amerikalı hərbçilərin Hörmüzü keçən kommersiya gəmisinin göyərtəsində olduğu ilk məlum hadisə olub. Pentaqon bu addımı ABŞ Silahlı Qüvvələrinin səmərəli təhlükəsizlik ölçüləri kimi dəyərləndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti