Aqrar sahədə bu ilin sonuna 33 süni intellekt alətinin hazırlanması planlaşdırılır - Nazir müavini

İqtisadiyyat Materials 7 May 2026 10:37 (UTC +04:00)
Aqrar sahədə bu ilin sonuna 33 süni intellekt alətinin hazırlanması planlaşdırılır - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sonunadək aqrar sahədə 33 süni intellekt alətinin hazırlanması planlaşdırılır.

Trend xəbər verir ki, bunu bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun 3-cü günündə deyib.

O bildirib ki, kənd təsərrüfatı sektorunda çalışanların fiziki əməklərini yüngülləşdirən innovasiyalardan danışdıqda, burada süni intellektin rolunu xüsusi qeyd etmək lazımdır.

"Aqrar sahədə rəqəmsallaşma və süni zəka üzrə hazırda hazırlanmış 13 süni intellekt alətinin istifadəsinə başlanılıb. 2026-cı ilin 1-ci yarısında 18 süni intellekt alətinin hazırlanması nəzərdə tutulub. Bu ilin sonuna qədər isə 33 süni intellekt alətinin hazırlanması planlaşdırılıb", - nazir müavini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti