Azərbaycan, Türkiyə və Özbəkistan unikal aqrosığorta modeli tətbiq edir - İbrahim Abdurahmonov (ÖZƏL)

İqtisadiyyat Materials 6 May 2026 19:36 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Özbəkistan unikal aqrosığorta modeli tətbiq edir - İbrahim Abdurahmonov (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyə, Azərbaycan və Özbəkistan aqrar sahədə unikal əməkdaşlıq modeli yaradaraq “üçbucaq” formalaşdırıb və kənd təsərrüfatı bitkilərinin sığorta sistemini tətbiq ediblər.

Bunu Özbəkistanın kənd təsərrüfatı naziri İbrahim Abdurahmonov 9-cu Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgi və forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Onun sözlərinə görə, yeni mərhələdə ölkələr aqrar sektorun dayanıqlığını və regionun ərzaq təhlükəsizliyini gücləndirərək milli sığorta sistemlərinin inteqrasiyasına başlayıblar.

Nazir həmçinin qeyd edib ki, Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlıq tarixən yüksək səviyyədə olub.

“Lakin hazırda biz onu genişləndiririk- kənd təsərrüfatı bitkilərinin idarə olunması və əkin dövriyyəsinin ümumi sistemindən rəqəmsallaşmaya, eləcə də kənd təsərrüfatının maliyyələşdirilməsinə, sığorta sistemlərinə, ödəniş mexanizmlərinə və subsidiyalara keçirik.

Biz Azərbaycanın aqrar sisteminin rəqəmsallaşdırılması təcrübəsini öyrənmişik və artıq bəzi proqramları və proqram həllərini Özbəkistanda tətbiq etmişik.

Xüsusilə qürur duyuruq ki, Türkiyə, Azərbaycan və Özbəkistan bir növ “üçbucaq” formalaşdıraraq kənd təsərrüfatı bitkilərinin sığortası sistemini tətbiq ediblər. Bu, unikal modeldir. Hazırda üç ölkənin kənd təsərrüfatı bitkilərinin sığortası sistemlərini inteqrasiya edirik”,-deyə o bildirib.

İ.Abdurahmonov qeyd edib ki, bu mexanizm Özbəkistanda ilk dəfə tətbiq olunur, lakin gələcəkdə regionun digər ölkələrinə də yayıla bilər.

“Bitkiçiliklə yanaşı, biz Özbəkistanda fındıq istehsalının şaxələndirilməsi sahəsində də əməkdaşlıq edirik. Oraya fındığın genetik materialını gətirmişik və elmi müəssisələrimiz artıq bu istiqamətdə işləyir.

Bundan əlavə, Azərbaycanın təcrübəsinin olduğu çayçılıq sahəsində də əməkdaşlığı inkişaf etdirməyə çalışırıq. Gələcəkdə bu istiqaməti genişləndirməyi planlaşdırırıq”,- deyə nazir bildirib.

O vurğulayıb ki, heyvandarlıq və balıqçılıq da daxil olmaqla digər əməkdaşlıq istiqamətləri mövcuddur.

“Pambıq sektoru Özbəkistan üçün böyük əhəmiyyət kəsb edir və hazırda biz bu sahənin inkişafında Azərbaycana da dəstək veririk. Artıq bir neçə klaster və şirkət bu istiqamətdə Azərbaycanla işləməyə başlayıb”, - deyə nazir əlavə edib.

“Lakin hazırda biz onu genişləndirərək, kənd təsərrüfatı bitkilərinin idarə olunması və əkin dövriyyəsinin ümumi sistemindən rəqəmsallaşmaya, eləcə də kənd təsərrüfatının maliyyələşdirilməsi, sığorta mexanizmləri, ödəniş sistemləri və subsidiyalar məsələlərinə keçirik.

Biz Azərbaycanın aqrar sahəsinin rəqəmsallaşdırılması təcrübəsini öyrənmişik və artıq bəzi proqramları və həlləri Özbəkistanda tətbiq etmişik”, -deyə o vurğulayıb.

O vurğulayıb ki, heyvandarlıq və balıqçılıq da daxil olmaqla digər əməkdaşlıq istiqamətləri mövcuddur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti