Bakı.Trend:
ABŞ və İran arasında üzbəüz sülh danışıqlarının keçirilməsi üçün hələ çox erkəndir.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The New York Post" nəşrinə açıqlamasında bildirib.
Nəşrin jurnalisti Pakistan mediasında ilkin sülh sazişinin bağlanma ehtimalının yüksək olduğu barədə xəbərlərə diqqət çəkib və danışıqların yeni raundunu işıqlandırmaq üçün "The New York Post"un öz müxbirini yenidən İslamabada göndərib-göndərməməli olduğunu soruşub, ABŞ Prezidenti isə buna lakonik cavab verib: “Məncə, buna ehtiyac yoxdur”.
Bundan əvvəl Ağ Ev rəhbəri öz “Truth Social” səhifəsində İran rəhbərliyini xəbərdar edərək, danışıqların iflasa uğraması təqdirində bombardmanların daha intensiv hal alacağını yazmışdı.
