Gürcüstan DTX yüksək vəzifəli məmuru saxlayıb - xarici kəşfiyyata işləməkdə ittiham olunur

Dünya xəbərləri Materials 5 May 2026 23:50 (UTC +04:00)
Gürcüstan DTX yüksək vəzifəli məmuru saxlayıb - xarici kəşfiyyata işləməkdə ittiham olunur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) xarici kəşfiyyata işləmək ittihamı ilə bir məmuru saxlayıb.

Trend xarici mediaya istinadla xəbər verir ki, bu barədəı Gürcüstan DTX rəisinin birinci müavini Laşa Maqradze bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxs Gürcüstan vətəndaşıdır. O, ölkənin dövlət qurumlarından birində yüksək vəzifə tutub. Vəzifəsindən istifadə edərək sistematik şəkildə məxfi məlumatlar toplayıb xarici kəşfiyyat xidmətinin nümayəndəsinə ötürüb. Görüşlər gizli şəkildə, şifrələnmiş rabitə vasitələrindən istifadə etməklə keçirilib və məlumatlar həm şəxsən, həm də mobil cihazlar vasitəsilə ötürülüb.

Maqradze bildirib ki, ötürülən məlumatlara Gürcüstandakı siyasi və iqtisadi proseslər, təhlükəsizlik qüvvələrindəki vəziyyət, eləcə də etnik və dini azlıqlar haqqında məlumatlar və xarici kəşfiyyat üçün maraqlı olan digər məlumatlar daxil olub.

Araşdırma zamanı məlum olub ki, vəzifəli şəxsin qanunsuz fəaliyyəti mənfəət əldə etmək məqsədi ilə həyata keçirilib. Həmin şəxsə qarşı Cinayət Məcəlləsinin səkkiz ildən on iki ilə qədər həbs cəzası nəzərdə tutan maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti