Bakı.Trend:
Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, 2006-cı il təvəllüdlü Həsən Muhamməd Abdullah oğlu futbol oynayan zaman qəfil halı pisləşərək vəfat edib.
İlkin məlumata görə, onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Hadisə zamanı dili qatlanan gəncə yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sumqayıt şəhər sakini Həsən Muhamməd Abdullah oğlu Mingəçevir Dövlət Universitetinin tələbəsi olub.
