ABŞ-nin qərarı Almaniyanın müdafiə qabiliyyətində boşluq yaradır - Pistorius

Dünya xəbərləri Materials 4 May 2026 20:09 (UTC +04:00)
ABŞ-nin qərarı Almaniyanın müdafiə qabiliyyətində boşluq yaradır - Pistorius
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Almaniyada orta mənzilli raketlərinin yerləşdirilməsindən imtina etməsi Almaniyanın müdafiə qabiliyyətində boşluq yaradır.

Trend xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Pistorius qeyd edib ki, ABŞ-nin "Tomahawk" raketlərinin Almaniyada yerləşdirilməsi avropalılar öz oxşar sistemlərini inkişaf etdirənə qədər keçid həlli kimi nəzərdə tutulmuşdu. Nazir bildirib ki, Vaşinqtonun "Tomahawk" raketlərini yerləşdirməkdən imtina etməsi Almaniyanın müdafiə imkanlarında boşluğa gətirib çıxarır. O əlavə edib ki, bunu əvəz etməyin yolları araşdırılmalıdır.

Almaniyanın müdafiə naziri xatırladıb ki, Almaniya, Böyük Britaniya və Fransa ilə birlikdə artıq öz sistemlərini inkişaf etdirir.

Daha əvvəl Financial Times qəzeti Pentaqondakı mənbəyə istinadən ABŞ administrasiyasının Almaniyaya "Tomahawk" raket batalyonu da daxil olmaqla, uzaqmənzilli silahların yerləşdirilməsi qərarını ləğv etməyi planlaşdırdığını bildirmişdi. Vaşinqton və Berlin 2024-cü ilin iyul ayında Almaniyaya "Tomahawk" raketlərinin yerləşdirilməsi planlarını açıqlamışdılar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti