ABŞ-dəki atışmada yaralananların sayı 12-yə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 4 May 2026 11:17 (UTC +04:00)
ABŞ-dəki atışmada yaralananların sayı 12-yə çatıb (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Oklahoma ştatında, Arkadiya gölü yaxınlığında baş verən atışma nəticəsində yaralananların sayı 12-ə yüksəlib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Hadisə Edmond şəhərində, Oklahoma Siti şəhərinin ətrafında baş verib. Doqquz nəfər ştatın paytaxtındakı tibb mərkəzinə, daha üç nəfər isə Edmond şəhərindəki xəstəxanaya yerləşdirilib.

Məlumata görə, atışma Arkadiya gölü yaxınlığında gənclərin toplaşdığı bir ərazidə baş verib. Hələlik heç kim saxlanılmayıb.

xxx
08:13

Mayın 3-də ABŞ-nin Oklahoma ştatındakı Arkadiya gölü yaxınlığında baş verən atışmada dörd nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "KWTV-DT" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisə yerinə gələn polis əməkdaşları maşında güllə yarası alan dörd nəfər aşkar ediblər.

Xəsarət alanların sağlamlıq vəziyyəti, eləcə də hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti