Azərbaycanda istilik mövsümü uzadılır?

Cəmiyyət Materials 4 May 2026 13:55 (UTC +04:00)
Azərbaycanda istilik mövsümü uzadılır?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyətin aktuallığını göstərir. Bu fonda mərkəzləşdirilmiş istilik sistemlərinin yenidən işə salınıb-salınmayacağı məsələsi gündəmə gəlib.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC Trend-in sorğusuna cavab olaraq bildirib ki, istilik sistemlərinin yenidən işə salınması yalnız kəskin və şaxtalı hava şəraiti müşahidə olunduğu hallarda mümkündür.

Qurumdan qeyd olunub ki, ötən il ölkədə hava şəraiti ilə əlaqədar istilik mövsümü uzadılmışdı. Lakin cari ildə müşahidə olunan sərin hava şəraitinə baxmayaraq, şaxtalı günlərin qeydə alınmaması səbəbindən istilik mövsümünün müddəti artırılmayıb.

Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aparılan müzakirələr çərçivəsində istilik mövsümünün müddətinin optimallaşdırılması istiqamətində təkliflər hazırlanır. Çoxillik meteoroloji göstəricilər nəzərə alınmaqla, gələcək illərdə istilik mövsümünün daha erkən başlanması və ya daha gec başa çatması ilə bağlı dəyişikliklərin edilməsi istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti