Təkliflərə İranın 15 il müddətinə uranın zənginləşdirilməsini dayandırması daxil deyil

Dünya xəbərləri Materials 4 May 2026 04:16 (UTC +04:00)

Bakı. Trend:

Vasitəçilər vasitəsilə ABŞ-yə çatdırılan İranın təklifləri Tehranın uran zənginləşdirmə proqramını 15 il müddətinə dayandırmaq öhdəliyini əhatə etmir.

Trend-in məlumatına görə, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “İranın əks-təklifi tərəflər arasında yekun razılaşma əldə olunana qədər uran zənginləşdirilməsinin 15 illik dayandırılmasını və ya Hörmüz boğazının açılmasını nəzərdə tutmur”.

“Fars”ın qeyd etdiyi kimi, Tehranın 14 bəndlik təklifi ABŞ-nin doqquz bənddən ibarət təşəbbüsünə cavab olaraq təqdim edilib.

Xəbər lenti

Xəbər lenti