“Barselona” La Liqada ardıcıl 10-cu qələbəsini qazanıb

İdman Materials 3 May 2026 03:42 (UTC +04:00)
“Barselona” La Liqada ardıcıl 10-cu qələbəsini qazanıb

Bakı. Trend:

“Barselona” İspaniya La Liqasının XXXIV turunda səfərdə “Osasuna”nın qonağı olub.

Trend-in məlumatına görə, görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda bütün qollar 2-ci hissədə vurulub. Qonaqların heyətində Robert Levandovski və Ferran Torres, meydan sahiblərindən isə Raul Qarsiya fərqlənib.

La Liqada ardıcıl 10-cu qələbəsini qazanan “Barselona” hazırda 88 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 74 xalla 2-ci sırada yer alan “Real Madrid” bu gün “Espanyol” səfərində xal itirsə, kataloniyalılar sona 4 tur qalmış çempionluğu təmin edəcək. Əks halda, bütün suallara XXXV turda keçiriləcək “Barselona” – “Real Madrid” oyununda aydınlıq gələ bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti