Bakı.Trend:
Türkiyə Respublikasında Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.
Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları
yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının
qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi
qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması,
eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə
tapşırıqları yerinə yetirirlər.
Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv
edilməsi məqsədilə top və minaatanlardan, eləcə də pilotsuz uçuş
aparatlarından istifadə edilir.
Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirirlər.
