Ağcabədidə ailə faciəsi - Balta ilə həyat yoldaşını öldürdü

Hadisə Materials 2 May 2026 17:27 (UTC +04:00)
Ağcabədidə ailə faciəsi - Balta ilə həyat yoldaşını öldürdü
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Əslən Ağdam rayonunun Mərzili kəndindən olan 1969-cu il təvəllüdlü Səlimov Ayaz Amanxan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1978-ci il təvəllüdlü Səlimova Nəzakət Vidadi qızını qətlə yetirib. Onun cinayəti mətbəxdə istifadə olunan ət baltası ilə törətdiyi bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən A. Səlimov saxlanılıb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti