ABŞ-nin qoşunlarını Almaniyadan çıxaracağı gözlənilən idi - Pistorius

Dünya xəbərləri Materials 2 May 2026 13:53 (UTC +04:00)
ABŞ-nin qoşunlarını Almaniyadan çıxaracağı gözlənilən idi - Pistorius
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa öz təhlükəsizliyinin təmin olunması üçün üzərinə daha çox məsuliyyət götürməlidir.

Trend xəbər verir ki, bunu Almaniyanın Müdafiə naziri Boris Pistorius ABŞ-nin yaxın zamanda Almaniyadan 5 minə yaxın hərbçini çıxarmaq planlarını şərh edərkən bildirib.

Pistorius qeyd edib ki, Almaniya düzgün yoldadır” və silahlı qüvvələrin genişləndirilməsi, texnikanın daha çevik və genişmiqyaslı şəkildə tədarükü, eləcə də infrastrukturun qurulmasını buna nümunədir.

“ABŞ-nin Avropadan, o cümlədən Almaniyadan qoşunlarını çıxaracağı əvvəlcədən gözlənilən idi”,- deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ mediasının yazdığına görə hərbçilərin çıxarılması prosesinin altı aydan bir ilə qədər davam edəcəyi gözlənilir.

Pentaqonun yüksək vəzifəli rəsmiləri bildiriblər ki, bu addım ABŞ prezidenti Donald Trampın İranla müharibədə Avropa müttəfiqlərinin ABŞ-yə göstərdiyi dəstəyin səviyyəsindən narazılığının siqnalıdır.

Məlumata görə, 2025-ci ilin dekabr ayına olan vəziyyətə əsasən, Almaniyadakı hərbi bazalarda 36 mindən çox amerikalı hərbçi yerləşdirilib. Bundan əlavə, Almaniyaya təxminən 1,5 min ehtiyatda olan hərbçi və 11,5 min mülki əməkdaş ezam olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti