Sənaye sektoru üzrə biznes kredit portfeli böyüyüb

İqtisadiyyat Materials 1 May 2026 15:34 (UTC +04:00)
Sənaye sektoru üzrə biznes kredit portfeli böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycan banklarının sənaye sektoru üzrə biznes kredit portfeli 2,754 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 16,2 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 42,7 milyon manat 1,6% artıb.

Belə ki, sənaye sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin martın 1-nə 2,738 miyard manat, ötən ilin aprelin 1-nə isə 2,711 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfeli 30,290 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,5% (16,215 milyard manat), istehlak kreditlәri 31,3% (9,491 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,585 milyard manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti