Bakıda Elşad Həsənovun Zəlimxan Yaqub haqqında yazdığı kitabın təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 1 May 2026 19:33 (UTC +04:00)
Bakıda Elşad Həsənovun Zəlimxan Yaqub haqqında yazdığı kitabın təqdimatı keçirilib (FOTO)
Dinara Zəhrabəyova
Dinara Zəhrabəyova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist Elşad Həsənovun "Zəlimxan Yaqub (Xatirələrim)" kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, "Zəlimxan Yaqub (Xatirələrim)" kitabı müasir Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, Xalq şairi, ictimai xadim və adı milli ənənələrə sadiqlik rəmzinə çevrilmiş aşıq haqqında səmimi bir hekayədir. Onun yaradıcılığı poetik sözlə musiqinin unikal sintezini təşkil edir. Folklorla dərin bağlılıq və yüksək sənətkarlıq onun poeziyasını əsl xalq sərvətinə çevirib.

Tədbirdə tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, həmçinin şairin yaradıcılığının pərəstişkarları iştirak ediblər.

Bütün çıxışların mərkəzi motivini şairin özünəməxsus və ilham dolu yaradıcılığı haqqında fikirlər təşkil edib.

Qeyd olunub ki, Zəlimxan Yaqub poetik dili sənətkarlıqla canlı xalq qaynaqlarına qaytararaq onu yeni bir zirvəyə ucaldıb.

Tədbiri şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu açıb. Filologiya elmləri doktoru, deputat Nizami Cəfərov, dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, tanınmış şairlər və ədiblər şairlə bağlı ən xoş xatirələrini bölüşüblər.

İştirakçılar ustadın dinamik xarakterini, dəyişməz səmimiyyətini və ürəyəyatımlı gülüşünü, doğma torpağa olan sonsuz bağlılığını ehtiramla yad ediblər. Kitabın təqdimatı şairin ölməz misralarının və ustadın xatirəsinə həsr olunmuş şeirlərin qiraəti ilə müşayiət olunub.

Görüşün iştirakçıları Elşad Həsənova bu kitabı ərsəyə gətirdiyi və Zəlimxan Yaqub haqqında oxucularla bölüşdüyü səmimi və təsirli xatirələrə görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, şairləri xatırlayarkən biz təkcə qafiyələri deyil, həm də dəyərləri, mənaları və dilin saflığını qorumuş oluruq.

Xəbər lenti

Xəbər lenti